Ən yaxşı seçildi, İbrahimoviçin rekorduna şərik oldu – Mbappe
Fransa Liqa 1-də sentyabr ayının ən yaxşı futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, bu, PSJ-nin hücumçusu Kilian Mbappedir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mbappe 5-ci dəfə Fransada ayın oyunçusu seçilib.
21 yaşlı hücumçu bu göstəricidə isveçli futbolçu Zlatan İbrahimoviçin rekorduna şərik olub. Hazırda “Milan”da çıxış edən İbrahimoviç PSJ ilə Fransada 5 dəfə ayın oyunçusu mükafatını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin