La Liqa klubunda yeni hücumçu
İspaniyanın “Kadis” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Brayton” klubunun hücumçusu Florin Andoneni heyətinə qatıb.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Rumıniyalı 28 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb.
Florin Andone 2018-ci ildən “Brayton”da çıxış edir. İngiltərə klubu ötən mövsüm onu “Qalatasaray”a da icarəyə vermişdi. Rumıniya yığmasında 25 oyun keçirmiş futbolçu, 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin