“Fənərbaxça”nın futbolçusu İtaliya yolunda
Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Dieqo Perotti karyerasını İtaliyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Cenoa” klubu ilə danışıqlar aparır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Perotti “Fənərbaxça” ilə müqaviləsini ləğv edib, azad agent kimi A Seriyası klubuna keçəcək.
2020-ci ilin oktyabrından “Fənərbaxça”da olan Perotti bu komanda ilə 4 rəsmi oyuna çıxıb. Argentinalı yarımmüdafiəçi 2014-2016-cı illərdə “Cenoa”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin