DÇ: Azərbaycan güləşçisi yarımfinalda dayandı

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Komanda.az xəbər verir ki, 62 kq çəki dərəcəsində 1/4 finalda qırğızıstanlı Dilnaz Sazanovaya 9:7 hesabı ilə qalib gələn Sultanova finala gedən yolda Hindistan təmsilçisi Devil Sancu ilə qarşılaşıb.

Rəqibinə 5:8 hesabı ilə məğlub olan Azərbaycan təmsilçisi finala çıxa bilməyib. O, bürünc medal uğrunda güləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button