Levandovski rekordla başladı
“Bayern” klubu Almaniya Bundesliqasında yeni mövsümün ilk turunda Münhenqladbax “Borussiya”sı ilə heç-heçə edib.
Komanda.az xəbər verir ki, 1:1 hesabıyla bitən matçda Münhen təmsilçisinin yeganə qolunu vuran Robert Levandovski yeni rekorda imza atıb. Belə ki, polşalı hücumçu Bundesliqada ardıcıl 7-ci mövsümdə ilk turda fərqlənməyi bacarıb. Bu, turnir üçün rekord göstəricidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin