“Bayern”də Benjamin Pavar şoku
Almaniyanın “Bayern” klubunun müdafiəçisi Benjamin Pavar sıradan çıxıb.
Komanda.az xəbər verir ki, 25 yaşlı fransız futbolçu komandanın məşqi zamanı zədələnib.
Bu barədə Almaniyanın “Kicker” nəşri məlumat yayıb. Pavarın təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacağı diqqətə çatdırılıb. Bu isə onun Almaniya çempionatının startını buraxacağı anlamına gəlir.
Qeyd edək ki, Bundesliqada yeni mövsümə avqustun 13-də start veriləcək. Mövsümün açılış matçında “Bayern” səfərdə Mönhenqladbax “Borussiya”sı ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin