“İnter” və “Milan”ın sabiq futbolçusu Antalyanı seçdi
Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Antalya təmsilçisi “Bolonya”dan Andrea Polini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Poli daha əvvəl İtaliyada “Bolonya” ilə yanaşı, “Sampdoriya”, “Milan” və “İnter” kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin