8-ci ölkə, 17-ci rəqib

Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün toplanış çərçivəsində ilk yoxlama oyununu keçirəcək.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv yerli “Şukura” (Kobuleti) klubuyla üz-üzə gələcək.

Bu görüş “Sabah”ın 17-ci beynəlxalq yoxlama oyunu olacaq. Premyer Liqa təmsilçisi bu günə kimi 16 beynəlxalq yoxlama matçı keçirib. Bu oyunların 5-də qalib gələn “göy-ağlar”, 3 görüşdə məğlub olub. Top fərqi “Sabah”ın xeyrinədir – 28-26.

“Sabah” bu günə kimi 7 ölkə təmsilçisi ilə qarşılaşıb. Komanda ən çox Türkiyə klubları ilə üz-üzə gəlib – 7 dəfə. Ümumiyyətlə, “Sabah” qardaş ölkədən başqa, Qazaxıstan (2 dəfə), Macarıstan (2), Rumıniya (2), Rusiya, İsveçrə və Qətər təmsilçiləri ilə də qüvvəsini sınayıb. “Sabah” ilk dəfə Gürcüstan təmsilçisi ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button