“Dinamo” Bakıya 22 futbolçu ilə gəlib

Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində sabah “Neftçi”nin qonağı olacaq Gürcüstanın “Dinamo” (Tiflis) klubu Bakıya 22 futbolçu ilə gəlib.

Komanda.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze Azərbaycana üç qapıçı, yeddi müdafiəçi, doqquz yarımmüdafiəçi, üç hücumçu gətirib.

Qapıçılar: 30. Roin Kvasxvadze, 13. Omar Migineişvili, 1. Luka Kutalaze;

Müdafiəçilər: 5. Davit Koburi, 24. Nodar İaşvili, 12. Levan Xarabadze, 39. Saba Xvadagiani, 19. Simon Qbeqnon, 22. Fabian Sportsklede, 3. Aleksandr Kalandadze;

Yarımmüdafiəçilər: 15. Georgi Papava, 21. Georgi Kutsiya, 27. Anzor Mekvabişvili, 38. Nodari Kavtaradze, 25. Tornike Morçiladze, 6. Bakar Kardava, 18. Barnes Osey, 31. Georgi Çxetiani, 8. Milan Radin

Hücumçular: 9. Georgi Qabedava, 32. Zoran Maruşiç, 17. Tornike Axvlediani

Sabah keçiriləcək “Neftçi” – “Dinamo” matçına saat 21:00-da start veriləcək. Tiflisdəki ilk oyunda Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button