Ən çox “söyüş yiyəsi olan” idmançılar – Ronaldo, Özil, Reşford…

“Pickwise” portalı sosial media araşdırmasına görə son bir ildə ən çox nifrət edilən idmançıların siyahısını hazırlayıb.

Komanda.az xəbər verir ki, siyahının ilk pilləsində basketbolçu Lebron Ceyms yer alıb. Araşdırmaya görə, Lebron il ərzində 122 min 568 dəfə mənfi rəy alıb.

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo siyahıda 8-ci sırada yer alıb. Portuqaliyalı hücumçu 11 min 757 mənfi rəy alıb.

“Fənərbaxça”nın türk əsilli almaniyalı futbolçusu Məsut Özil isə 11 min 192 rəylə 10-cu sırada qərarlaşıb.

Ən çox nifrət edilən idmançılar

  1. Lebron Ceyms (basketbol) – 122 min 568 mənfi rəy
  2. Markus Reşford (futbol) – 32 min 328
  3. Tob Bresti (amerikan futbolu) – 28 min 151
  4. Kevin Dürant (basketbol) – 24 min 370
  5. Bubba Uolles (avto sport) – 21 min 750
  6. Damian Lillard (basketbol) – 20 min 904
  7. Trevor Bauer (beyzbol) – 14 min 083
  8. Kriştiano Ronaldo (futbol) – 11 min 757
  9. Stefen Karri (basketbol) – 11 min 203
  10. Məsut Özil (futbol) – 11 min 192
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button