İnfantino: “AFFA hər zaman FİFA-nın dəstəyinə əmin ola bilər”

AÇ-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə – Türkiyə oyununu (3:1) izləyən FİFA-nın prezidenti Canni İnfantino Azərbaycana növbəti səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, ali futbol qurumunun rəhbəri bunları deyib:

“Yenidən Bakıya gəldiyim və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasındakı dostlarımı gördüyüm üçün çox şadam. Uzun illərdir tanıdığım AFFA-nın prezidenti Rövnəq Abdullayevlə və onun rəhbərlik etdiyi komandanın üzvləri ilə ünsiyyətdə olmaqdan hər zaman məmnunluq hissi keçirirəm. Bir neçə maraqlı mövzu ətrafında səmərəli müzakirələrimiz oldu. AFFA hər zaman FİFA-nın dəstəyinə əmin ola bilər, FİFA isə AFFA-nın gələcəkdə də Azərbaycanda və regionda futbolun inkişafına böyük töhfələr verəcəyinə inanır. Ümid edirəm ki, Azərbaycana növbəti səfərim daha uzunmüddətli olacaq. Yaxın gələcəkdə Bakıya yenidən dönəcəyim günü səbirsizliklə gözləyəcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button