“Bavariya”dan ayrılmaq istəyir – maaşdan və forma nömrəsindən narazıdır

“Bavariya”nın futbolçusu Kinqsli Koman klubu tərk etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, fransalı yarımmüdafiəçi yayda klubunu dəyişmək istəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Koman “Bavariya”dakı maaşından və 10 nömrəli formanın ona verilməməsindən narazıdır.

Hazırda 29 nömrəli formada mübarizə aparan Komanın klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir. 24 yaşlı futbolçu ilə İngiltərənin “Mançester Yunayted” klubu maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button