AÇ-2020: Bakıdakı ilk oyunun hakim təyinatları açıqlandı
Sabah start götürəcək AÇ-2020-nin Bakıda keçiriləcək Uels – İsveçrə matçının təyinatları açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kleman Turpen olacaq. Ona yan xətt hakimləri Nikolas Danos və Siril Qrinqor kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə serbiyalı Srcan Yovanoviç yerinə yetirəcək.
İyunun 12-də, Bakıda keçiriləcək Uels – İsveçrə matçı saat 17:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin