36 yaşında qol vurdu, tarixə düşdü
İtaliya millisi AÇ-2020-nin seçmə mərhələsinin 2-ci turunda Lixtenşteyni 6:0 hesabıyla məğlub edib.
Komanda.az “Opta” saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşmada iki qolun müəllifi olan Fabio Kvalyarella yığmanın tarixinə düşüb. Belə ki, o, İtaliya futbolu tarixində milli komandada qol vurmağı bacaran ən yaşlı futbolçu ünvanını qazanıb.
Lixtenşteynin qapısına iki dəfə yol tapan forvard, 36 yaş 54 günlüyündə bunu bacarıb.
Kvalyarelladan əvvəl milli komanda tarixində fərqlənən ən yaşlı futbolçu Kristian Panuççi idi. O, yığmada son dəfə fərqlənəndə 35 yaş 62 günlük idi.
İtaliyanın “Sampdoriya” klubunun formasını geyinən Kvalyarella, A Seriyasında 21 qolla bombardirdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin