“Jiru “Milan”a gəlsəydi, xoşbəxt olardım” – İbrahimoviç
İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç açıqlama verib.
Komanda.az xəbər verir ki, “La Gazetta dello Sport”a danışan isveçli hücumçu, klubla müqaviləsini yeniləməyən Canluici Donnarumma haqda bunları deyib:
“Donnarumma azad agent olacaq? O, dünyanın ən yaxşı qapıçısıdır, inanın mənə. Donnarumma “Milan”ın yeni Paolo Maldinisi ola bilərdi.
Olivye Jiru “Milan”a gəlsəydi, xoşbəxt olardım. Komandamızın onun kimi hücumçulara ehtiyacı var”.
Donnarummanın “Milan”la müqaviləsi iyunun sonuna qədərdir. Bir müddət əvvəl qapıçının klubla müqaviləsini yeniləməyəcəyi açıqlanıb.
İtaliya mətbuatının xəbərinə görə, “Milan” “Çelsi”nin futbolçusu Jiru ilə razılaşıb və yaxın zamanda onun keçidini açıqlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin