“Fənərbaxça” 2 futbolçu ilə razılaşdı
Türkiyənin “Fənərbaxça” klubu heyətini iki yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Fatih Karagümrük”dən Fabio Borini və Lukas Biqliya ilə razılıq əldə edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Fənərbaxça”nın yaxın zamanda bu transferləri açıqlayacağı gözlənilir.
Borini daha əvvəl İngiltərədə “Liverpul”, Biqliya isə İtaliyada “Milan” və “Latsio” kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin