Super Liqa klubunda yeni futbolçu
Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi ötən ay “Fatih Karagümrük”lə yolları ayrılan Emre Çolakı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Emre 2020-ci ilin dekabrından “Fatih Karagümrük”də çıxış etsə də, bu komandadan tez ayrılıb. Əvvəlcə əsas komandadan kənarlaşdırılan futbolçu, martın ortalarında klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etmişdi.
“Qalatasaray”ın yetirməsi olan Emre Çolak 2016-cı ildə bu komandadan ayrılaraq İspaniya “Deportivo”suna transfer olunub. 2018/19 mövsümündə qısa müddət Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Vehda” klubunda çıxış edən yarımmüdafiəçi, 2020-ci ilin əvvəlində yenidən “Deportivo”ya dönmüşdü.
Bizi Facebook-da izləyin