“Borussiya”da daha dörd ayrılıq

Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubu daha dörd futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə Oskar Vendt, Valentino Lazaro, Xulio Vilyalba və Maks Qrünün komandadan ayrıldığı diqqətə çatdırılıb. Onların klubla müqavilə müddəti başa çatıb. Tərəflər yeni sözləşmə imzalamayıblar.

Oskar Vendt geridə qalan mövsümdə Bundesliqada 22 oyun keçirib, 1 qol vurubsa, Valentino Lazaro da 22 oyunda 2 qolla yadda qalıb. Maks Qrün ilə Xulio Vilyalba isə ümumiyyətlə forma şansı qazanmayıb.

“Borussiya” bu oyunçulardan öncə İbrahima Traore ilə də vidalaşmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button