Araz Abdullayevli “Boluspor” doğma meydanda uduzdu
Futbol üzrə Türkiyə 1-ci liqasında 32-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Samsunspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
32 oyundan sonra hesabında 38 xalı olan “Boluspor” 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin