Avroliqa matçına damğa vuran çılpaq kişi kimdir? FOTOLAR

Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində İspaniyada keçirilən “Qranada” – “Mançester Yunayted” matçında (0:2) meydana daxil olan çılpaq kişi ilə bağlı maraqlı faktlar ortaya çıxıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Olmo Qarsiya adlı şəxs Qranada şəhərində çılpaqlığı ilə tanınır. O, son bir neçə ayda şəhərin müxtəlif yerlərində çılpaq gəzdiyi üçün 15 dəfə saxlanılıb. 37 yaşlı Olmo Bəhreyn, Ekvador və ABŞ-a səyahətlərindən sonra artıq fərqli yaşam tərzini mənimsəyib.

Olmo, daha əvvəl verdiyi açıqlamaların birində çılpaq gəzməsinin səbəbini belə ifadə etmişdi:

“Daha yaxşı bir insan olmaq üçün! Çılpaq olmağın psixoloji faydaları var. Çılpaqlıq hər şeyə qarşı daha səmimi olduğunuzu göstərməyinizin bir yoludur. Kimisə narahat etmirəm və bunun cəmiyyət üçün yaxşı olduğunu düşünürəm”.

İspaniya mətbuatının xəbərinə görə, Olmo, “Qranada” – “Mançester Yunayted” matçından 14 saat əvvəl stadiona daxil olaraq, orada gizlənib.

Olmo Qarsiya həm də biznesmendir. O, 2004-cü ildən idmançılar üçün qida və protein satışı edən bir firmanın sahibidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button