Bundesliqa klubu Xabiylə maraqlanır

İspaniya milli komandasının sabiq futbolçusu Xabi Alonso Almaniyada çalışa bilər.

Komanda.az xəbər verir ki, 39 yaşlı mütəxəssis yeni mövsümdən Münhenqladbax “Borussiya”sında baş məşqçilik edə bilər. Bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərdə, “Borussiya” rəhbərliyinin komandanın “sükanı arxasına” Alonsonu gətirmək istədiyi bildirilib.

Alonso hazırda İspaniyanın “Real Sosyedad” klubunun B komandasını çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv 3-cü divizionda liderdir.

“Borussiya”nı hazırda Mark Rouz çalışdırır. O, yeni mövsümdən Dortmund “Borussiya”sında baş məşqçilik edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button