“Ayaks” milli üzvüylə “nikah təzələdi”
Niderlandın “Ayaks” klubu futbolçusu Deyli Blindin müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, Amsterdam təmsilçisi 31 yaşlı müdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderland milli komandasının da üzvü olan Blind 2018-ci ilin yayından “Ayaks”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin