İbrahimoviçə görə “Milan”dan ayrılıb
Almaniyanın “Herta” klubunun hücumçusu Kşiştof Pyontek “Milan”dan ayrılmasının səbəbini açıqlayıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, polşalı hücumçu Zlatan İbrahimoviçin gəlişindən sonra ayrılmaq istədiyini deyib:
“Milan”dan gedişimin səbəbini gizlətməyəcəm. Ayrılığım İbrahimoviçin gəlişi ilə bağlı idi. Üst-üstə 5-6 oyun ehtiyat oyunçular skamyasında qalmaq istəmirdim. Artıq çox şans qazanmırdım və bir dəqiqə belə, meydanda olmurdum. Səbrsiz deyiləm, sadəcə artıq orda mənə yer olmadığını düşündüm və ayrıldım”.
Pyontek 2020-ci ilin yanvarında 24 milyon avro qarşılığında “Milan”dan “Herta”ya keçib. Hücumçu İtaliya klubunda 36 oyunda 13 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin