Məhsuldar ötürmə etdi, Bundesliqanın tarixinə düşdü

Almaniyanın “Borussiya” (Dortmund) klubu Bundesliqanın 23-cü turunda “Arminiya”nı darmadağın edib – 3:0.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada meydan sahiblərinin yarımmüdafiəçisi Ceydon Sanço yeni rekorda imza atıb. Belə ki, Sanço Bundesliqa tarixində 50 məhsuldar ötürmə edən ən gənc futbolçu olub.

20 yaşlı futbolçu “Arminiya” ilə matçda bir qol vurub, bir məhsuldar ötürmə edib.

Sanço bu mövsüm “Borussiya” ilə 30 oyunda 11 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 100 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button