Arteta: “Onun bu oyunun qəhrəmanı olacağını hiss edirdim”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında “Lids”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, BBC-yə danışan ispan mütəxəssis, 4:2 hesabıyla bitən görüşü belə şərh edib:
“Həqiqətən, qələbə qazandığımız üçün çox xoşbəxtəm. “Lids”i çox izləmişəm və onlara qarşı oynamağın necə çətin olduğunu bilirəm. “Lids” fantastik komandadır və güclü xarakterləri var. Bunu hesab 4:0 olanda da göstərdilər və bütün güclərini qoyub sona qədər döyüşdülər.
Bacardığımın ən yaxşısını etməyə çalışıram. Fasilədə komandama hesabın 0:0 olduğunu dedim. Pyer-Emerik Obameyanqın qolları üçün darıxmışdıq. Onun bu oyunun qəhrəmanı olacağını hiss edirdim”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin