A Seriyasında klub dəyişdi
İtaliyanın “Bolonya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası klubu elitanın digər təmsilçisi “Kalyari”nin yarımmüdafiəçisi Paolo Faraqonu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. Faraqonu birdəfəlik transfer etmək üçün “Bolonya”nın “Kalyari”yə daha 3 milyon avro ödəməsi lazımdır.
Faraqo bu mövsüm “Kalyari”nin heyətində meydana çıxdığı 9 oyunda 1 qolla yadda qalıb. İtalyan futbolçu 2017-ci ildən sözügedən klubun uğurları üçün çalışırdı. Paolo daha öncə yetirməsi olduğu “Novara”nın formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin