“Bəzən divarlarla danışır, onları adlarıyla çağırırdım” – İbrahimoviç

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç komandadakı vəziyyəti və koronavirusla bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli futbolçu “qırmızı-qaralar”dakı gələcəyi ilə bağlı bunları deyib:

“İstedadı inkişaf etdirsən, faydalı olar. Hər gün saatlarla məşq etməsən, 90 dəqiqə etdiklərinin əhəmiyyəti qalmaz. Mənim “Milan”da 25 övladım var. Burda özümü evimdəki kimi hiss edirəm. “Milan”da nə qədər qalacağıma tək qərar verəcək qədər eqolu deyiləm. Ailəm hər şeydən daha vacibdir”.

Bir müddət əvvəl koronavirusa yoluxan isveçli futbolçu, o anları belə xatırlayıb:

“Koronavirusa yoluxanda narahat oldum. Əvvəl sakit idim, bu virusun necə olduğunu görmək istəyirdim. Evdən çıxa və məşq edə bilmədiyim üçün hirslənirdim. Bəzən divarlarla danışır, onları adlarıyla çağırırdım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button