Koronavirusa qalib gəldi – kubok oyununda komandasına rəhbərlik edəcək
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay koronavirusa qalib gəlib.
Komanda.az xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis sosial şəbəkə hesabından paylaşım edib.
Çalımbay, bu gün Türkiyə kuboku çərçivəsində keçiriləcək “Girəsunspor”la oyunda komandasına rəhbərlik edəcəyini qeyd edib.
“Sivasspor” – “Girəsunspor” oyunu bu gün, saat 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin