Beyl geri qayıtmaq istəyir
İcarə əsasında “Tottenhem”də çıxış edən Qaret Beyl müqaviləylə məxsus olduğu “Real”a qayıtmaq istəyir.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, uelsli futbolçu mövsümün sonunda “kral klubu”na geri dönmək fikrindədir. O, Madrid klubu ilə olan müqaviləsinin sonunadək orda qalmaq istəyir. “Tottenhem”də xoşbəxt olmadığı deyilən futbolçunun London klubu ilə icarə müqaviləsi cari mövsümün sonunda başa çatır.
Beylin “Real”la müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin