Stadiona Maradonanın adı verildi
İtaliyanın “Napoli” klubuna məxsus stadionun adı dəyişdirilib.
Komanda.az xəbər verir ki, arena komandanın sabiq kapitanı Dieqo Maradonanın şərəfinə “Dieqo Armando Maradona” stadionu adlandırılıb.
Bununla bağlı qərarı Neapoli şəhərinin rəhbərliyi qəbul edib. Sorğuda yerli bələdiyyənin bütün üzvləri dəyişikliyin lehinə səs veriblər.
“Napoli” növbəti ev oyununu dekabrın 13-də İtaliya A Seriyasının 11-ci turu çərçivəsində “Sampdoriya”ya qarşı keçirəcək.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı əfsanəvi futbolçu 1984-1991-ci illərdə “Napoli”də çıxış edib. Sözügedən klubun arenası bu vaxta qədər “San-Paolo” adlandırılırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin