Super Liqa klubu perulu legionerini heyətdən kənarlaşdırdı
Türkiyənin “Yeni Malatyaspor” klubu perulu futbolçusu Kristian Alberto Kuevanı əsas komandadan kənarlaşdırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə 28 yaşlı yarımmüdafiəçinin baş məşqçi Hamza Hamzaoğlunun istəyi ilə heyətdən kənarlaşdırıldığı diqqətə çatdırılıb. Buna futbolçunun intizamsız davranışı səbəb göstərilib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, bu cəzadan bir müddət öncə Kuevanın həyat yoldaşı sosial şəbəkə hesabında maraqlı paylaşım edib. O, “Hamza Hamzaoğlu, cənubi amerikalılarla bir probleminmi var?” deyə müraciət ünvanlayıb.
Qeyd edək ki, Kueva “Yeni Malatyaspor”a bu yay “Paçuka”dan transfer olunub. Hamza Hamzaoğlu da avqust ayından bu komandanı çalışdırır.
Bizi Facebook-da izləyin