Özil Almaniya millisinə sataşdı – 0:6-ya görə

Almaniya millisinin sabiq futbolçusu Məsut Özil keçmiş komandasının İspaniyaya 0:6 hesablı məğlub olmasıyla bağlı zarafat edib.

Komanda.az xəbər verir ki, türk əsilli yarımmüdafiəçi bununla bağlı “tvitter” hesabında paylaşım edib. Özil, paylaşımında “Jerom Boatenqi geri gətirməyin vaxtı gəldi” yazıb.

Özil 2018-ci ildə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyü üçün tənqid edilmiş və daha sonra Almaniya yığmasındakı karyerasını bitirmişdi. Boatenq də DÇ-2018-dən sonra millidən gedib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button