Avropanın yeni rekordçusu – Serxio Ramos!
İspaniya milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda İsveçrə ilə qarşılaşıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 1:1 hesabıyla bitən görüş ispanların kapitanı Serxio Ramos üçün rekordla əlamətdar olub. Belə ki, 34 yaşlı müdafiəçi Avropada yığma ilə ən çox oyun keçirən futbolçu olub.
İsveçrə ilə görüş Ramosun millidəki 177-ci oyunu olub. Buna qədər rekord İtaliya millisinin sabiq qapıçısı Canluici Buffona aid idi. “Yuventus”da forma geyinən 40 yaşlı futbolçu yığma ilə 176 matça çıxmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin