İbrahimoviç haqda film
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç haqda sənədli film çəkilir.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “I am Zlatan” (Mən Zlatanam) adlanacaq filmin çəkilişləri sentyabrdan başlayıb və film 2021-ci ilin payızında yayımlanacaq.
Filmdə 11-13 və 17-23 yaşlı İbrahimoviçdən bəhs ediləcək. Rollarda Dominik Andersson Bayraktati və Qranit Ruşiti yer alacaq.
Karyerası ərzində “Ayaks”, “İnter”, “Barselona”, “Mançester Yunayted”, PSJ kimi klublarda çıxış edən İbrahimoviç, 2020-ci ilin yanvarından “Milan”dadır.
39 yaşlı hücumçu İsveç millisi ilə 112 oyunda 62 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin