“Real” Beylə qiymət qoydu
“Real” icarə əsasında “Tottenhem”də çıxış edən futbolçusu Qaret Beylin transfer qiymətini müəyyənləşdirib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu uelsli futbolçu üçün 15 milyon avro tələb edir. “Real” bu məbləğ qarşılığında Beyli istənilən kluba satmağa hazırdır.
Sentyabrda keçmiş klubu “Tottenhem”ə keçən 31 yaşlı futbolçunun icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulur. Onun “Real”la müqaviləsi isə 2022-ci ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin