“Qarabağ” “Sivasspor”a da uduzdu
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə “Sivasspor”la qarşılaşıb. “Yeni Sivas 4 Eylül” stadionunda keçirilən qarşılaşmaya saat 21:55-də start verilib.
“Qarabağ” İ qrupu çərçivəsində ilk 2 turda məğlub olmuşdu. Ağdam klubu əvvəlcə İsrailin “Makkabi”, daha sonra isə İspaniyanın “Vilyarreal” komandasına uduzmuşdu. “Sivasspor” da “Qarabağ” kimi əvvəlki turlarda məğlub olmuşdu. Bu komandaların duelində isə “Sivasspor” inamlı qələbəyə sevinib.
Avropa Liqası, qrup mərhələsi, 3-cü tur
5 noyabr
İ qrupu
Sivasspor (Türkiyə) – Qarabağ 2:0
Qol: C.Osmanpaşa, 11. O.Kayode, 88.
Baş hakim: Sandro Şarer (İsveçrə)
Sivasspor: 30. Mamadu Samassa, 87. Marselo Qoyano, 88. Caner Osmanpaşa, 3. Uğur Çiftçi, 8. Robin Yalçın, 6. Klaudemir, 76. Faysal Fajr, 17. Erdoğan Yeşilyurt, 37. Hakan Arslan (k), 9. Mustafa Yatabare, 29. Kazimir Ninqa.
Ehtiyat oyunçular: 25. Muammer Yıldırım, 2. Aruna Kone, 5. İsaak Kofi, 7. Maks Qradel, 10. Yasin Öztekin, 19. Kubilay Eren Şahin, 80. Olarenvaju Kayode.
Baş məşqçi: Rıza Çalımbay.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 77. Donald Gerye, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 27. Patrik Andrade, 19. Filip Ozobiç, 7. Ovusu Kvabena, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Vilyarreal (İspaniya) – Makkabi (Təl-Əviv, İsrail) 4:0
Qol: Bakka, 4; 52. Baena, 71. Ninyo, 81.
Bizi Facebook-da izləyin