Bundesliqa klubunda yeni müqavilə

Almaniyanın “Hoffenhaym” klubu müdafiəçisi Ştefan Poşla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında imzalanan yeni müqavilənin müddəti 2024-cü ilin 30 iyununa qədərdir. Əvvəlki müqavilənin müddəti cari mövsümün sonunda bitəcəkdi.

Mərkəz müdafiəçisi olan Poş, 2016-cı ildən “Hoffenhaym”ın uğurları üçün çalışır. 23 yaşlı futbolçu bu komandaya “Admira Vakker” klubundan transfer olunub. Avstriyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış müdafiəçi, 2019-cu ildən əsas milliyə dəvət alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button