615 min dollarlıq idman ayaqqabısı

Əfsanəvi basketbolçu Maykl Cordan bir cüt idman ayaqqabısını hərraca çıxarıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Cordanın 1985-ci ildə “Çikaqo Bullz” formasıyla İtaliyada oynadığı bir yoxlama matçında geyindiyi ayaqqabı 615 min dollara satılıb. Cordan həmin matçda ayaqqabısı ilə basketbol lövhəsinin şüşəsini sındırmışdı.

Maykl Cordanın sərvəti 2,1 milyard dollardır. O, 1984-2003-cü illər aralığında basketbolla məşğul olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button