Mourinyoya sərt tənqid: “İllərdir qazlı su da qazana bilmir”

“Yuventus”un keçmiş baş məşqçisi Luici Mafredi “Roma”nın çalışdırıcısı Joze Mourinyonu tənqid edib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Luici, Mourinyonun illərdir qazlı su belə, qazana bilmədiyini deyib:

“Mourinyo belədir. Hər zaman ancaq özünü müdafiə edir. O, məşqçi deyil, təşkilatçıdır. “İnter”i çalışdırdığı vaxtlardan bunu deyirəm. Eyni zamanda, çox şanslı biridir.

Yaxşı menecerdir, amma məşqçiliyi bilmir. Güclü oyunçuları varsa, yaxşı nəticə əldə edəcək. Amma bir komandanı necə idarə edəcəyini bilmir. İllərdir qazlı su da qazana bilmir. Bir mövsümü daha boş bitirməyə yaxındır. Biri ona bunu deməlidir”.

Mourinyonun rəhbərlik etdiyi “Roma” İtaliya A Seriyasında 7-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button