“Bayer”in yeni baş məşqçisi məlum oldu – rəsmi

Almaniyanın “Bayer” klubunda baş məşqçi təyinatı gerçəkləşib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisinin “sükan”ı Xerardo Seoaneyə tapşırılıb. Bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Seoane bundan əvvəl İsveçrənin “Yanq Boyz” komandasını çalışdırırdı.

“Bayer”i müvəqqəti olaraq Hannes Volfs çalışdırırdı. Leverkuzen təmsilçisi Bundesliqada sona bir tur qalmış 6-cı sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button