
“Çelsi”dən “Atalanta”ya təklif
“Atalanta”nın müdafiəçisi Marko Palestra karyerasını “Çelsi”də davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 21 yaşlı futbolçu üçün “Atalanta”ya 55 milyon avrodan çox təklif göndərib. Ancaq qeyd olunur ki, oyunçunun özü hazırda “İnter”ə keçmək niyyətindədir.
Buna baxmayaraq, Palestranın qərarını dəyişməsi də istisna edilmir. “Çelsi” daha sərfəli müqavilə şərtləri təqdim edərsə, futbolçunun seçimində dəyişiklik ola bilər. Hazırda isə transfer yarışında “İnter” ön planda görünür.
İtaliyalı müdafiəçi ötən mövsümü icarə əsasında “Kalyari”də keçirib. O, A Seriyasında 37 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



