DÇ-2026: Superkompüter Argentinanın yenə çempion olacağını deyir

“Opta” superkompüteri ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il dünya çempionatının qalibi ilə bağlı şansları yenidən hesablayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, iki turun ardından turnirin əsas favoriti son dünya çempionu olan Argentina millisi hesab edilir. Lionel Skaloninin rəhbərlik etdiyi komandanın titulu qoruma ehtimalı 15,6 faiz qiymətləndirilib.

Argentinalılar mundialdakı ilk iki oyununda Əlcəzair yığmasını 3:0, Avstriya millisini isə 2:0 hesabı ilə məğlub edib. Komandanın vurduğu beş qolun hamısına kapitan Lionel Messi imza atıb.

Altı xal toplayan Argentina yığması qrup mərhələsinin başa çatmasına bir tur qalmış pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib. Turnirdəki uğurlu çıxış və Messinin məhsuldarlığı komandanın çempionluq şanslarının ən yüksək qiymətləndirilməsində əsas amillərdən biri sayılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button