
“Neftçi” növbəti transferini açıqladı
“Neftçi” 2026-cı il yay transfer dönəmində üçüncü keçidini rəsmiləşdirib.
Komanda.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qvadelupalı müdafiəçi Endryu Qravilyon ilə 2 illik müqavilə bağlanıb.
28 yaşlı futbolçu “55” nömrəli formanı geyinəcək.
Zəngin karyeraya malik olan Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



