
Fiziyev: “Hazıram”
Azərbaycanın MMA idmançısı Rafael Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində təcrübəsindən yararlanacaq.
Komanda.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında deyib.
Döyüşçü rəqibinin boyunun hündür olduğunu söyləyib:
“UFC-də çox döyüş keçirmişəm. Karyeramda təcrübəmdən yararlanacam. Öz güclü tərəflərimdən onun zəif cəhətləri üçün istifadə edəcəm. Beş raund döyüşmək daha yaxşıdır. Şənbə günü daha həyəcanlı olacaq. Həm psixoloji, həm də taktiki cəhətdən döyüşə hazıram”.
“UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



