
“Real” dünya çempionatının bitməsini gözləyir
“Real” hücumçusu Vinisius Juniorla yeni müqavilə məsələsini yaxın vaxtlarda müzakirə edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun hazırkı müqaviləsinin müddəti bir ildən sonra başa çatacaq. Madrid təmsilçisinin rəhbərliyi dünya çempionatı bitdikdən dərhal sonra braziliyalı hücumçu ilə danışıqlara başlamağı planlaşdırır.
Tərəflər arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunmasa, klub müxtəlif variantları nəzərdən keçirəcək. Bu variantlar arasında futbolçunun transferə çıxarılması da yer alır.
2018-ci ildən “Real”ın formasını geyinən Vinisius ötən mövsüm 53 oyunda meydana çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə verib. O, iyulun 12-də 26 yaşını qeyd edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



