
“Barselona” portuqaliyalı müdafiəçi üçün danışıq aparır
“Barselona” portuqaliyalı müdafiəçi Joao Kanselonu bu yay yenidən heyətinə qatmağa çalışır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanselonun “Əl-Hilal”la müqaviləsinin müddəti gələn ilin ortalarına qədər qüvvədə olsa da, Kataloniya təmsilçisi onunla əməkdaşlığı davam etdirməyə ümid edir.
31 yaşlı futbolçu da karyerasını “Barselona”da davam etdirməkdə maraqlıdır. Onun meneceri Jorje Mendeş transferin reallaşması üçün fəal şəkildə çalışır. Hazırda tərəflər mümkün keçidin formatı üzərində danışıqlar aparırlar, ancaq bu məsələdə hələ konkret razılıq yoxdur.
Kanselo ötən mövsüm “Barselona”da icarə əsasında çıxış etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



