Mourinyonun “Real”dan göndərilməsini istədiyi futbolçular

“Real”ın baş məşqçisi Joze Mourinyo komandada gələcək planlarına daxil olmayan futbolçuları müəyyənləşdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nda yenidənqurma prosesi təzə başlayıb və heyətlə bağlı əsas qərarları məhz Mourinyo verəcək.

Portuqaliyalı mütəxəssisin planlarına sol cinah müdafiəçiləri Ferlan Mendi, Fran Qarsiya və Alvaro Karreras daxil deyil. Bununla belə, sonuncunun komandada qalmaq ehtimalı daha yüksək qiymətləndirilir.

Mourinyo mərkəz müdafiəçisi Raul Asensioya da güvənmir. Futbolçunun isə klubdan ayrılmaq niyyətində olmadığı bildirilir.

Bundan əlavə, yarımmüdafiəçi Eduardo Kamavinqanın çıxışı da baş məşqçini qane etmir. Ancaq o da komandasını dəyişmək istəmir.

Orelyen Tçuameninin satışı da istisna edilmir. Fransalı yarımmüdafiəçi ilə “Mançester Yunayted” yaxından maraqlanır. Uruqvaylı yarımmüdafiəçi Federiko Valverdenin satışının isə gündəmdə olmadığı vurğulanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button