Martinesdən ispanyalı məşqçilər arasında DÇ rekordu

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines dünya çempionatlarında qazanılan qələbələrin sayına görə ispanyalı mütəxəssislər arasında yeni rekorda imza atıb.

Komanda.az xarici mediaya istinadən xəbər verir ki, Portuqaliya millisinin DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Özbəkistan üzərində qazandığı qələbə (5:0) R.Martines üçün dünya çempionatlarında 8-ci zəfər olub.

Təcrübəli mütəxəssis bu göstərici ilə turnirdə 7 qələbəsi olan Visente del Boskeni geridə qoyaraq vahid rekordçu statusuna yiyələnib.

Martines 2023-cü ildən Portuqaliya komandasını çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button