
“Real” 80 milyon avroluq futbolçudan imtina edir
“Lill”in və Mərakeş millisinin yarımmüdafiəçisi Ayyub Buaddinin “Real”a keçidi çətin görünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” 18 yaşlı futbolçunun inkişafını yaxından izləsə də, onun transferi bu yay prioritet hesab edilmir.
Madrid təmsilçisi mərakeşli yarımmüdafiəçini əsas transfer hədəflərindən biri kimi görmür. Bundan əlavə, “Lill”in futbolçu üçün tələb etdiyi təxminən 80 milyon avroluq məbləğ də “Real”ın planlarına uyğun gəlmir.
Buaddi özü də hazırda “Real”a keçməyə can atmır. O, müntəzəm oyun praktikası qazanmaq və komandasında vacib rol oynamaq istəyir. Onun fikrincə, Joze Mourinyonun rəhbərlik etdiyi komandada buna nail olmaq asan olmayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



