Olisenin maaşı 25 milyon avroya qədər arta bilər!

“Bayern”in rəhbərliyi komandanın vingeri Maykl Olise ilə yeni müqavilə məsələsində hələ yekun razılığa gələ bilməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu fransalı futbolçunun nümayəndələri ilə əməkdaşlığın müddətinin uzadılmasına görə ilkin təmaslar qurub. Ancaq həmin danışıqlardan sonra prosesdə ciddi irəliləyiş qeydə alınmayıb.

Bununla belə, “Bayern” rəhbərliyi 23 yaşlı oyunçu ilə müqaviləni mümkün qədər tez yeniləməkdə qərarlıdır. Gözləntilərə görə, yeni anlaşmaya əsasən, Olisenin illik maaşı 25 milyon avroya çatacaq.

Olise ötən mövsüm bütün turnirlərdə 52 oyunda meydana çıxıb, 22 qol vurub və 31 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button